“Global Media Group” 2017-ci ildən fəaliyyət göstərir. Şirkət qrupa daxil olan təşkilatların idarə olunması ilə məşğuldur. “Global Media Group”a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qazetlər və digər şirkətlər daxildir.

“Global Management” MMC 2020-ci ildən autsorsinq sahəsində məhsuldar işləyir.

Fəaliyyətinin əsas istiqamətləri maliyyə, idarəetmə, mühasibatlıq, marketinq, informasiya texnologiyaları, insan resursları və digər sahələrdir. “Global Management” MMC-nin fəaliyyəti beynəlxalq təcrübə və biznes proseslərinin səmərəli analizlərinə əsaslanır.

“Haber Global” telekanalı 2018-ci ildən Türkiyənin ümumrespublika xəbər kanalı kimi fəaliyyət göstərir.

Telekanal xəbər buraxılışları və proqramları ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Telekanalın haberglobal.com.tr saytı Türkiyənin xəbər portalları arasında aparıcı yer tutur.

sayta keçid

“Oxu.Az” xəbər saytı 2013-cü ildən fəaliyyətdədir.

Saytın məqsədi dünyada və ölkədə baş verən vacib, maraqlı xəbərləri operativ təqdim etməkdir. Sayt sutka ərzində iki dildə xəbərlər, analitik məqalələr, fotoreportajlar və videoçarxlar hazırlayır.

sayta keçid

“Baku TV” 2018-ci ildən xəbər kanalı kimi fəaliyyət göstərir.

Əsas məqsədi dünyada və ölkədə baş verən önəmli xəbərləri tamaşaçılarına çatdırmaqdır. Ölkənin bütün bölgələri ilə yanaşı, kanalın ABŞ, Rusiya, Türkiyə, Gürcüstan və Ukrayna büroları fəaliyyət göstərir.

sayta keçid

“Report” İA Azərbaycanın ən böyük informasiya agentliklərindəndir.

“Report” üç dildə ictimai-siyasi və sosial-iqtisadi sahələr üzrə baş verən hadisələr barədə məlumatları oxucularına çatdırır. Agentliyin Türkiyə, ABŞ, Rusiya, Fransa və Ukraynada büroları var.

sayta keçid

“BAKU.WS” informasiya agentliyi 2004-cü il yanvarın 5-də fəaliyyətə başlayıb.

Agentliyin əsas məqsədi maraqlı dünya və yerli xəbərləri izləyicilərinə çatdırmaqdır. Qısa müddət ərzində “BAKU.WS” oxucuların rəğbətini və etimadını qazanaraq etibarlı məlumat mənbəyinə çevrilib.

sayta keçid

“Global Media Group”a daxil olan “Media.az” saytı 2018-ci ildən fəaliyyət göstərir.

“Media.az” ölkənin aparıcı xəbər portallarından biri olaraq xəbərləri rus dilində təqdim edir. Ən mühüm hadisələri işıqlandıran portal geniş oxucu auditoriyasına malikdir.

sayta keçid

"Каспий" qəzeti 1881-ci ildə təsis edilib və 1919-cu ilə qədər nəşr olunub.

Nəşr 1999-cu ildə yenidən işinə başlayıb. Bu gün "Каспий" həftəlik ictimai-siyasi qəzeti olaraq, şənbə günləri rus dilində, 16 səhifədə, 2000 nüsxə tirajla nəşr olunur.

sayta keçid

“PhotoStock.az” portal 2021-ci ildən fəaliyyət göstərir.

Portal müxtəlif mövzularda, yüksək keyfiyyətli, geniş sahə üzrə fotoşəkillər təklif edir. Fotobank istifadəçilərinə yalnız eksklüziv fotolar təqdim edilir.

sayta keçid

“Kaspi” Azərbaycanın ən qədim qəzetlərindən biridir. Qəzet 1881-ci ildən rus dilində nəşr olunmağa başlayıb.

“Kaspi” qəzetinin fəaliyyəti 1999-cu ildə bərpa edilib. “Kaspi” hazırda həftəlik, rəngli olmaqla Azərbaycan dilində 16 səhifədə çap olunur.

sayta keçid

2020-ci ilin mayında yaradılmış “Global Analytics İnformasiya Mərkəzi” İctimai Birliyi (“Global Analytics”) KİV-lərin monitorinqi ilə məşğul olur.

Mərkəz müxtəlif KİV-lərdə ayrı-ayrı dillərdə Azərbaycanla bağlı analitik materialları izləyir.

Vakansiyalarımız

“Global Media Group”a daxil olan şirkətlərin vakansiyaları ilə aşağıdakı linkdə tanış ola bilərsiniz. Yerləşdirilmiş bütün elanlar aktivdir.

təkliflərə bax

Rəsul Rza küçəsi 75, Winter Park Plaza, AZ 1014, Bakı, Azərbaycan Tel: +994125250305

[email protected]

to top