GMG Haqqında

Keçmişdən bu günə GMG (Global Marketing Group)

2007-ci ildə qurulan və 6 nəfərlik heyəti ilə fəaliyyətə başlayan GMG bu gün 20 nəfərlik professional mütəxəssis personal ilə müxtəlif sektorlara təqdim etdiyi həllər ilə fəaliyyət göstərdiyi bazarda lider firmalardan biri olmanın haqlı qürurunu yaşamaqdadır.

Pərakəndə sektoruna təqdim etdiyi həllər ilə fəaliyyətinə başlayan GMG bu gün yüzlərlə müştərisinə pərakəndə, mal paylama, otel, restoran, əyləncə, istehsal, logistika, tikinti kimi sektorlarda uyğun qiymət və ən doğru həlləri təqdim edərək yoluna davam etməkdədir.

Bir çox müvəffəqiyyətli layihələrə imza atan GMG, Mərdəkanda qurulmaqda olan Azərbaycanın ən böyük Aquapark idarəetmə avtomatlaşdırılması layihə təchizatçısı, Sumqayıt şəhərində yerləşən Azərbaycanın ən böyük istehsal fabriklər birliyinin ERP proqram və tətbiq təminatçısı, bununla belə, Azərbaycanın ən böyük dəmir-polad fabriklərinin ERP proqram və tətbiq təminatçısı olmanın böyük qürur və şərəfini yaşamaqdadır.

İllər boyu təqdim etdiyi bütün həlləri birləşdirərək GMG müxtəlif sektorlarda topladığı bilik və təcrübəsini, proqram həllərini ən doğru şəkildə istifadə edib firmalara tətbiq etməklə, ən yüksək səmərəyə sahib olmalarını qarşısına məqsəd qoyur.

Proqram və təchizat mövzusunda Türkiyə, elecə də dünyada lider olan bir çox firmayla həll ortaqlığı və ya ana nümayədənlikləri olan GMG müştərilərinə hər zaman ən keyfiyyətli həlləri, ən sərfəli qiymətləri, bununla belə, satış sonrası xidmət və servis zəmanəti verməyi qanun olaraq mənimsəmişdir.

Hər sektorda olduğu kimi yüksək rəqabət şərtlərinin olduğu proqram və təchizat sektorunda da müştəri əldə etməyin çətin, itirməyin asan olduğu şüarıyla fəaliyyət göstərən, GMG müştərilərinin hər zaman yanında olub, onlara ən keyfiyyətli, sürətli xidməti verərək müştəri məmnuniyyətini ən yüksək səviyyədə saxlamağı, ən mühüm və birinci hədəfi olaraq seçib.

Keyfiyyətli xidmətin ancaq təlimli və təcrübəli kadrlar vasitəsilə vərilə biləcəyinin fərqində olan GMG, mütəmade olaraq şirkətdə işləyən əmakdaşlarına təlimlər keçir, onların bilik və təcrübələrini ən üst səviyyədə saxlamağı özünə vəzifə tutaraq yoluna davam etməkdədir.

  • 2007-ci ildən bu vaxta..

    + Expand All

    2007

    GMG quruldu.

    2008

    Sentez və Çözüm şirkətlərinin proqramları Azərbaycan bazarında.

    2009

    Restoran sektoruna xüsusi həllər təqdim etməyə başladıq..

    2011

    Türkiyənin ləzzəti Mado, Azərbaycan da bizi seçdi ..

    2012

    GMG Azərbaycan bazarında inkişaf etməyə davam edir..

    2013

    Sərgiyə qatıldıq, proqram və xidmətlərimizi insanlara izah etdik ..

    2014

    Nümayəndəliklər və yeni işlər ilə yolumuza davam ..
  • 20 nəfərdən ibarət komandamız..

    350 ədəddən çox xoşbəxt müştərimiz..

    6 ədəddən çox öz idxal etdiyimiz məhsul növü..