Rəhbərliğin Mesajı

Hədəfimiz 2020′də böyüyən Azərbaycan ilə birlikdə böyümək ..

Yücel Emir GMG Proqram həlləri hər zaman müştərilər tərəfindən nəticəsinin nə olacağı əvvəldən bilinməyən bir xəyal məhsulu satın alması kimi görünsə də, əslində firmalar üçün böyük həyati əhəmiyyət daşıyan məhsullardır.

Günümüz rəqabət şəraitində sürətli və doğru qərarlar almaq firmanın gələcəyi üçün çox əhəmiyyətlidir. Bu qərarları almaq bir sıra möhkəm təməllərə söykənən analizlər nəticəsində ola bilər. Bir proqram məhsulu istifadəçisi olan firmalar bu cür həyati analizləri etməkdən məhrumdurlar və buna görə firma tədricən xaotik bir quruluşa qovuşur, beləliklə böyük maddi zərərlər edərək firmanın iflası və bağlanması kimi istənilməyən nəticələrlə qarşı-qarşıya qalırlar.

Firmalara və sektora uyğun proqram həlləri firmaları olduqları xaotik vəziyyətdən çıxararaq önünü görmələrinə və gələcək üçün alacaqları qərarları istifadə etdikləri proqramın təqdim edəcəyi hesabat və analizlər nəticəsində çox daha möhkəm təməllərə söykəyərək almalarını təmin edər. Ayrıca firmalar xərclərdə təmin etmiş olduğu mühüm təsərrüflarla gelirini artırıb çox daha məhsuldar çalışıb rəqiblərinin önünə keçərək bazardakı mövcudiyyətlərini sağlamlaşdırırlar.

Bir proqram seçimi etmək firmanın gələcəyi üçün alacağı ən əhəmiyyətli qərarlardan biridir. Çünki səhv edilən proqram seçimləri firmaları olduqları vəziyyəti yaxşılaşdırmaqdan daha çox pisləşdirərək xəyal qırıqlığına aparır. Ayrıca proqram istifadə arzusu və istəklərinin qırılması, xərclənən pulların və vaxtın boşa getməyinə səbəb olur.

Yaxşı bir proqram seçimi etmək üçün əvvəlcə firmalara bu həlləri təqdim edən firmaların işlərində nə qədər mütəxəssis olduğuna baxıb, firmaya köməyinin nə səviyyədə ola biləcəyini, təqdim etdiyi həllərin firma ehtiyaclarını qarşılayıb qarşılamayacağını, bilik təcrübələrinin və verdikləri xidmət keyfiyyətinin nə səviyyədə olduğunu təyin etmək həyati əhəmiyyət daşımaqdadır. Ayrıca sizə təqdim etdiyi həll və xidmətlərin xərcləri də istəklərinizi tam şəkildə qarşılayacaq şəkildə büdcənizə uyğun olmalıdır.

2007-ci ildən bəri fəaliyyət göstərdiyimiz Azərbaycan proqram və təchizat bazarında dəyişik sektorlara hər zaman ən doğru həlləri, ən yaxşı qiymətlərlə, ən üstün xidmət səviyyəsində müştərilərimizə təqdim etməyi hədəfləmişik.

Bununla belə, şirkətimizdə çalışan əməkdaşlarımıza təlimlər verib peşəkar kadrlar yetişdirərək müştərilərimizə təqdim etdiyimiz həlləri ən məhsuldar şəkildə istifadə etmələrini təmin etməyi və xidmət keyfiyyətini ən üst səviyyədə saxlamağı qarşımıza prinsip qoymuşuq.

GMG müştərilərinin hər zaman yanında olmağı, onların istəklərinə anında ən sürətli və doğru həlli təqdim edərək, müştəri mənmuniyyətini ən üst səviyyədə saxlamağı hədəf təyin edib.

GMG, Cənab Prezident İlham Əliyevin qoyduğu Azərbaycan 2020 hədəflərinə əmin addımlarla çatmaq, proqram təminatı, avadanlıq sektorunda ən yaxşı olmaq üçün işlərinə hər zaman olduğu kimi ara vermədən böyük bir əzm və qətiyyətlə davam edəcəkdir.

Author's imageYücel EMİRGMG (Global Marketing Group), İdarəçi