Sizinlə İşləmək İstəyirəm (HR)

  • Bizə qoşulun..


    GMG, gənc və güclü komandası ilə gündən günə böyüməkdə, yeni komanda yoldaşlarına ehtiyac duymaqdadır. Sizdə, açıq iş elanlarına müraciət edərək bizə qatıla bilər, məlumatınızın və imkanlarınıza yeni dəyərlər qata bilərsiniz.
  • Bizimlə işləmək istəyən namizədlərdən axtardığımız standart xüsusiyyətlər:

    Öyrənməyi və öyrətməyi sevirsinizsə;
    İnsan əlaqələrində müvəffəqiyyətlisinizsə;
    Sıx iş tempinə öyrənmişsinizsə;
    İşinizdə ciddi və məsuliyyətlisinizsə;
    Aldığınız işi sonuna qədər təqib edərək yekunlaşdırmağı sevirsinizsə;
    Universitet məzunusunuzsa

    siz bizimlə işləyə biləcək potensial bir namizədsiniz ..

Aktiv / Müraciət edilə bilər İş elanları

ERP Məsləhətçisi

  • İş barədə məlumat

    Mərkəzi Türkiyədə olan Sentez Yazılım’ın Azərbaycanda nümayəndəsi olan GMG bir çox sektorda ERP layihələrini müvəffəqiyyətli şəkildə nəticələndirmiş bir məsləhət və proqram təminatı firmasıdır.

    Böyümə hədəflərimiz istiqamətində Bakı ofisimizdə ERP müşaviri olaraq işləmək üzrə komanda yoldaşları axtarırıq. Bu pozisiyada işləyən ümumiyyətlə Bakı və Azərbaycanın müxtəlif şəhərlərində Sentez Live ERP proqram layihələrində sistem analizi, quraşdırma, müştəriyə xüsusi tətbiq və funksiyaların inkişaf etdirilməsi, mövcud müştəri məlumatlarının ötürülməsi və istifadəçi təlimlərinin verilməsi kimi fəaliyyətlərdən məsul olacaqtır.

    - ERP layihələrində iş analizi, planlaşdırma, uyğunlaşdırma, test, layihə təslim etmə kimi kritik proseslərdə aktiv rol almaq
    - Müştərilərimizin mövcud iş proseslərinin ya da sistem analizlərini edərək Sentez Live ERP müştəri uyğunlaşdırma layihəsi planını hazırlamaq və təqib etmək
    - Sintez Live ERP’de edilməsi lazım olan uyğunlaşdırma işlərini icra etmək
    - Konfiqurasiya quraşdırmalar ilə funksiya testlərini yerinə yetirmək
    - Müştərilərdə Sentez Live ERP son istifadəçi təlimlərini vermək

  • Namizədə tələblər

    - Universitetlərin Sənaye Mühəndisliyi, Sistem mühəndisliyi, Maliyyə və ya İqtisad bölümlərindən məzun
    - ERP layihələri mövzusunda ən az 3 il təcrübəli
    - Çok yaxşı dərəcədə (oxuma-danışma-yazma) rus və Azərbaycan dillərini bilən
    - Elastik iş saatlarında və sıx tempdə işləyə bilən
    - Analitik düşüncə qabiliyyətinə sahib
    - İnsan əlaqələrində, yazılı və şifahi ünsiyyətdə müvəffəqiyyətli
    - Müştəri yönümlü, problem həll edə bilmə qabiliyyətinə sahib
    - Kişi namizədlərdən əsgərlik vəzifəsini tamamlamış olmaq

Əmək haqqı: 400 – 600 AZN
Bu işə indi müraciət üçün cv faylınızı hr(@]gmg.az mail ünvanına yollayın.